Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.29.2025 | 11:16 | Baxılıb: 1032
Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

“love.az"in məlumatına görə, rayonun Muğanlı kəndində baş verən qəza zamanı hərbçi ağır xəsarət alıb.

Belə ki, 1984-cü il təvəllüdlü Salman Alıyev idarə etdiyi “VAZ 2107” markalı 05 BX 026 dövlət nömrəli nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik xəttinin dəmir şalbanına çırpılıb. 

Qəza zamanı S.Alıyev ağır xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Alıyevin hərbçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.