Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 11:25 | Baxılıb: 1828
“Ağır qələbəyə görə çox sevinirəm. “Neftçi” bu mövsüm daha yaxşı komanda kimi formalaşıb”. 

“love.az” xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev ötən gün Premyer Liqanın 3-cü turunda “Neftçi” üzərində 1:0 hesablı qələbədən sonra deyib. 

“Meydanda oyunçuların sayı eyni olanda, yelləncək xarakteri daşıyırdı. Elə məqamlar olurdu ki, biz, bəzilərində isə onlar yaxşı oynayırdı. Rəqib meydanda azlıqda qaldıqdan sonra hesabı saxlamaq istəyirdik. Bu da səhvlərə gətirib çıxardı.

İbrahima Vadjinin performansından bəzi epizodlarda razı qaldım. Yavaş-yavaş, getdikcə artırır. Toplanışda iştirak etməmişdi. Oyuna pis qoşulmadı. Bəzi məqamlarda daha yaxşı ola bilərdi.
Mövsüm hələ yeni başlayıb. Elə komanda yoxdur ki, istədiyi kimi oynasın. Hər komanda üçün mövsümün əvvəlində çətin olur. Bir neçə transfer planı var. Amma mövqelər barədə danışmayacağam”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.