Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 11:00 | Baxılıb: 7374
Ağsu şəhərində maraqlı hadisə baş verib.

“love.az"in əldə etdiyi məlumata görə, şəhər sakini M.Hüseynov Nizami küçəsində yerləşən lotereya biletlərinin satışı köşkündə işləyən 69 yaşlı V.Həmidova saxtalaşdırılmış bilet təqdim edərək 100 manat uduş əldə etdiyini deyib. Bileti götürən V.Həmidov bir qədər sonra onun üzərindəki rəqəmlərin saxta olduğunu görüb və M.Hüseynovun arxasıyca onu söyüb.

Bundan sonra tanışı Hüseynovla əlaqə saxlayaraq Həmidovun onu söydüyünü bildirib. Nəticədə həmin şəxslər arasında mübahisə baş verib.

V.Həmidovun ictimai yerdə uca səslə söyüş söyməsi ilə bağlı onun barəsində protokol tərtib edilib və aidiyyəti üzrə məhkəməyə göndərilib.

Bileti saxtalaşdırdığını etiraf edən M.Hüseynov imkanı olanda pulu geri qaytaracağını da söyləyib. V.Həmidov isə hər hansı xuliqanlıq əməli törətmədiyini bildirib.

Ağsu Rayon Məhkəməsinin qərarı ilə əməldə xəta müəyyən edilmədiyindən inzibati icraata xitam verilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.