Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.08.2025 | 07:23 | Baxılıb: 1519
Almaniyada rəsmən fəaliyyətə başlayan yeni hökumət qanunsuz miqrasiyaya qarşı dərhal mübarizəyə başlayıb.

“love.az” “Bild” nəşrinə istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Aleksander Dobrindtin Almaniyanın quru sərhədlərində bütün miqrantların qanunsuz keçidinin qarşısının alınması üçün sərhəd nəzarətinin daha da sərtləşdirilməsi barədə əmr imzalayıb.

Əmrə əsasən, hazırda 11 min nəfər heyəti olan sərhəd xidməti 2-3 min nəfərlik əlavə qüvvə ilə gücləndiriləcək. 

Həmçinin qanuni yaşayış sənədi olmayan və sığınacaq tələbi irəli sürən üçüncü ölkə vətəndaşlarının Almaniyaya girişinə icazə verilməsinə dair 2015-ci ildə federal polisə verilmiş şifahi göstəriş də ləğv edilib. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.