“love.az” xəbər verir ki, bunu Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyası fraksiyasının həmsədri Tino Çrupalla deyib.
Onun sözlərinə görə, ukraynalılara verilən indiki dəstək sistemi ədalətsiz görünür, çünki onlar artan müavinət alırlar.
“Ukraynalılar digər sığınacaq axtaranlar kimi yalnız adi qaydada yardım almalıdırlar”,-deyə Çrupalla tələb edib.
Xatırladaq ki, bir müddət öncə partiyanın daha bir üzvü Maksimilian Kraç bildirmişdi ki, Almaniyadakı ukraynalı qaçqınların yarısı işləmir, ancaq müavinətlə yaşayır.