“love.az” xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onlar iki ölkə liderinin Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə edib:
“Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığın müəyyən aspektləri ətrafında müzakirə aparılıb”.
Qeyd edək ki, Tramp və Putin arasında baş tutacaq görüşün əsas mövzusu Ukraynada sülhün bərqərar olmasıdır.