Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Alyaska görüşündə hansı sənəd imzalanacaq? - Peskovdan açıqlama
 
						Alyaska görüşündə hansı sənəd imzalanacaq? 
							 - Peskovdan açıqlama
Əlavə olunub: 08.14.2025 | 19:12 | Baxılıb: 4328
“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşündən sonra Moskva və Vaşinqton hər hansı sənəd hazırlamağı planlaşdırılmır”. 

“love.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə ABŞ və Rusiya liderlərinin Alyaska görüşü barədə açıqlamasında bildirib.

“Sammitin yekunu üzrə hər hansı sənədin imzalanması gözlənilmir. Bu görüş üçün hər hansı sənəd hazırlanmayıb, buna görə də imzalanması ehtimalı azdır”, - deyə Kreml nümayəndəsi qeyd edib.

O deyib ki, dövlət başçıları görüşün yekunları barədə mətbuat konfransında məlumat verəcəklər.

Əlavə edib ki, əldə edilə biləcək razılaşma və anlaşmaların spektri ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, ABŞ və Rusiya liderlərinin avqustun 15-də Alyaskada görüşü gözlənilir. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.