Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Alyaska görüşünü müzakirə etdilər
 
						Alyaska görüşünü müzakirə etdilər
Əlavə olunub: 08.14.2025 | 19:05 | Baxılıb: 1423
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi xahişi ilə Mark Rutte ilə telefon danışığı aparıb.

“love.az” xəbər verir ki, bu haqda Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

Danışıqda Ukrayna ilə Rusiya arasındakı müharibə ilə bağlı son hadisələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Ukrayna ilə Rusiya arasında daimi atəşkəsə nail olmaq üçün Türkiyənin başlatdığı İstanbul danışıqlarında irəliləyiş əldə edildiyini ifadə edərək, bu prosesin humanitar sahədə də müsbət irəliləyişlərə şərait yaradacağına inandığını bildirib.

Alyansın rəsmisi ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska Sammitini dəyərləndirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.