Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Alyaskadakı görüşdə nümayəndə heyətində kimlər olacaq? - Siyahı
 
						Alyaskadakı görüşdə nümayəndə heyətində kimlər olacaq? 
							 - Siyahı
Əlavə olunub: 08.15.2025 | 19:57 | Baxılıb: 2051
Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bu gün Alyaskadakı görüşündə danışıqlar aparacaq  ABŞ nümayəndə heyətinin tərkibini açıqlayıb.

“love.az” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Agentliyin məlumatına görə, ABŞ tərəfini görüşdə ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, Xəzinədarlıq katibi Scott Bessent,Ticarət katibi Hovard Lutnik, CIA direktoru Con Ratcliffe təmsil edəcək. 

Bundan əlavə, ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bleyr, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor Stiven Çun, Ağ Evin mətbuat katibi Karolin Levitt və ABŞ Prezidentinin köməkçisi Nik Luna da Ankoricə uçacaq. 

Dövlət başçısını həmçinin onun spikeri Ross Uortinqton və Ağ Evin icraçı katibi Uill Şarf müşayiət edəcək.

Rusiyadan isə nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov və Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev daxildir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.