Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Aralarında fikir ayrılığı yarandı - Peres narazıdır
 
						Aralarında fikir ayrılığı yarandı 
							 - Peres narazıdır
Əlavə olunub: 07.18.2025 | 05:06 | Baxılıb: 2206
“Real”ın prezidenti Florentino Peres və klubun baş məşqçisi Xabi Alonso arasında narazılıq yaranıb.

“love.az” xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Bildirilib ki, Peres komandanın klublararası dünya çempionatındakı çıxışını bəyənməyib. “Real”ın yarımfinalda PSJ-yə 0:4 hesablı ağır məğlubiyyəti prezident üçün gözlənilməz olub.

Bundan başqa, tərəflər arasında transfer məsələlərində anlaşılmazlıq və fikir ayrılığı yaranıb.

Nəşr yazır ki, Alonso komandaya Ancelo Ştiller (“Ştutqart”), Nikola Barella (“İnter”) və Kesa Smitin (“AZ Alkmaar”) transfer edilməsini istəsə də, Peres bu variantlarla razılaşmayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.