Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Araz-Naxçıvan” “Trabzonspor”a qalib gəldi
 
						“Araz-Naxçıvan” “Trabzonspor”a qalib gəldi
Əlavə olunub: 07.17.2025 | 21:32 | Baxılıb: 1841
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan” sonuncu yoxlama matçında qələbə qazanıb.

“love.az” xəbər verir ki, komanda Türkiyə Super Liqasının aparıcı klublarından “Trabzonspor”la qarşılaşıb.

Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

“Araz-Naxçıvan” daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, “Konyaspora” məğlub olub – 1:2. Komanda iyulun 19-da Bakıya dönəcək və “Aris”lə oyunun hazırlığını paytaxtda davam etdirəcək.

Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.