Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.31.2025 | 12:48 | Baxılıb: 901
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) tərəfindən Bakı Su İdmanı Sarayında akvaaerobika üzrə məşqlər təşkil olunur.

“love.az” xəbər verir ki, akvaaerobika hovuzda musiqi ilə yerinə yetirilən gimnastik hərəkətlər kompleksidir. Bu, həm əyləncəli, həm də sağlamlıq üçün faydalı idman növüdür.

Akvaaerobikanın əsas üstünlükləri:

Bütün əzələ qrupları işləyir

Ürək-damar və nəfəs sistemlərinə pozitiv təsir göstərir

Arterial təzyiqi normallaşdırır

İmmuniteti gücləndirir

Artıq çəkidən azad olmağa kömək edir

Xüsusi ilə hamilə qadınlar üçün çox faydalıdır

Akvaaerobika ilə məşğul olmaq üçün üzgüçülük bacarığının olması mütləq deyil, çünki məşqlər dərinliyi az olan hovuzda keçirilir. Peşəkar üzgüçülər bu növlə bərpa və reabilitasiya məqsədi ilə məşğul ola bilərlər.

Qeyd edək ki, akvaaerobika üzrə məşqləri ASF tərəfindən cəlb olunmuş ukraynalı mütəxəssis Yuliya Tuşentsova Bakı Su İdmanı Sarayında keçirir.

Məşqlərə qoşulmaq, həmçinin qrafik və ödəniş haqqında məlumat əldə etmək üçün Bakı Su İdmanı Sarayı ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə telefonu: +994 12 491 91 91; +994 50 670 91 91

İnstaqram: @aquatic_palace

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.