Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.25.2025 | 13:57 | Baxılıb: 3815
Xəbər verdiyimiz kimi, “Avant Group” MTK gecə saatlarında qazıntı işləri apararaq sakinlərin rahatlığını pozub. Sakinlər bununla bağlı paylaşım edərək narazılıqlarını dilə gətiriblər.

“love.az"in əldə etdiyi məlumata görə, Yasamal rayonu ərazisində qazıntı işlərini aparanlar artıq müəyyən olunub.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qazıntı işlərinin 3 icraçısı saxlanılaraq barələrində məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi. Həmin cinayət işi üzrə isə istintaq hərəkətləri davam etdirilir.

***

“Avant Group” şirkətindən bildirilib ki, barələrində məsuliyyət tədbirləri görülən şəxslər podratçı şirkətin əməkdaşlarıdır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.