Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.25.2025 | 13:14 | Baxılıb: 2290
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“love.az"in məlumatına görə, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, avtobus velosipedlə hərəkətdə olan 1969-cu il təvəllüdlü Lənkəran rayonunun Şilim kənd sakini İsa Umud oğlu Babayevi vurub.

Velosipedçi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bütün zəruri, tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.