Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.04.2025 | 09:53 | Baxılıb: 3941
Xəbər verdiyimiz kimi, Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“love.az"in Gencexeber.az-a istinadən məlumatına görə, Gəncə şəhərində yeni istifadəyə verilən “İsuzu Novociti” markalı marşrut avtobuslarından biri 1985-ci il təvəllüdlü Aytən Nəsirovanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum hadisədən öncə qardaşı ilə mübahisə edib və ev geyimində avtomobil yolunun hərəkət hissəsinə qaçıb.

Sürücü saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.