
“love.az” “Gazeta.ru”ya istinadla xəbər verir ki, sözügedən məlumatı jurnalist Darya Kosarinova teleqram kanalında yayıb.
Onun sözlərinə görə, İ.Hüseynovun Rusiya pasportu oktyabrın 14-də FSB qərarı ilə etibarsız sayılıb və ona ölkəyə giriş qadağan edilib.
Qərarın səbəbləri barədə isə rəsmi məlumat verilməyib.
Qeyd edək ki, İslam Hüseynov 20 il əvvəl Ulyanovska köçərək vilayətdəki Azərbaycan Konqresinə rəhbərlik edib.