Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2025 | 10:51 | Baxılıb: 1640
Azərbaycanın boks millisi Bakıda təşkil olunan "Böyük İpək Yolu" beynəlxalq turnirində komanda hesabında birinci yeri tutub.

“love.az” xəbər verir ki, yığma 8 qızıl, 3 gümüş və 7 bürünc medalla yarışın kubokuna yiyələnib.

Qadınların yarışında ən yaxşı boksçu Zeynəb Rəhimova (Azərbaycan), kişilərdə Vsevolod Şumkov (Rusiya) seçilib. Şahboz Yunusaliyev (Özbəkistan) ən əzmkar boksçu, Zaal Cavaxadze (Gürcüstan) ən yaxşı hakim adına layiq görülüb.

Qeyd edək ki, təmsilçilərimizdən Zeynəb Rəhimova (52 kq), Aynur Rzayeva (+81 kq), Sübhan Məmmədov (48 kq), Nicat Hüseynov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Nəbi İsgəndərov (67 kq), Seyidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Marjona Savriyeva (50 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) gümüş medal qazanıblar.

Şamil Əsgərov, Tağı Nəsibov (hər ikisi 60 kq), Ruslan Rüstəmov (63,5 kq), Məmməd Quliyev (86 kq), Anaxanım İsmayılova (48 kq), Bəhriyyə İbrahimova (54 kq) və Aynur Mikayılova (57 kq) üçüncü yeri tutublar.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.