“love.az” xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Milli Məclidə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda bildirib.
“Keçmişə dəyər vermək və gələcəyimizə bütün istiqamətlərimizi yönəltməliyik. Arzumuz odur ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində qabaqcıl dövlətlərdən olsun. Çox gözəl xatirimizdədir ki, uzun illər ərzində Azərbaycan torpaqları işğal altında olub və biz belə bir mühitdə yaşamışıq. Eyni zamanda Azərbaycan öz əzmini itirməyib və suverenliyə aparan yolu hər zaman axtarıb”, - Fərhad Abdullayev bildirib.
F.Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyətini Ulu Öndərin təşəbbüsü ilə əlaqələndirdiyini əlavə edib:
“Çünki Konstitusiya Məhkəməsi Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə yaradılıb. Müxtəlif dövlətlərdə konstitusiya məhkəmələri fəaliyyət göstərir, onların həm təcrübəsi, həm səlahiyyətləri, həm də hüquqları bir-birindən fərqlənir. Lakin ümumi məqsəd və məram dövlətin konstitusiyasının qorunmasına yönəlib.
Ümumiyyətlə, məhkəmə hakimiyyətində Azərbaycan Konstitusiya Məhkəməsinin hər bir qətnamədə hüquqi mövqeyinə istinadlar var. Bu, o deməkdir ki, Konstitusiya Məhkəməsinin ictimai münasibətin tarazlaşdırılmasında xüsusi rolu var”.
Nuranə Daxilqızı