
“love.az” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.
“Dəvətlər hələlik şifahi şəkildə göndərilib”, - Mirzoyan əlavə edib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammitləri 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.