Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanlı hakim ÇL matçında
 
						Azərbaycanlı hakim ÇL matçında
Əlavə olunub: 07.18.2025 | 10:07 | Baxılıb: 1174
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

“love.az” xəbər verir ki, E.Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.