Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
 
						Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
Əlavə olunub: 07.17.2025 | 05:05 | Baxılıb: 3376
Azərbaycanlı MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.

“love.az” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Onun rusiyalıların ünvanına guya təhqiramiz ifadələr işlətməsindən sonra Rusiya pasportundan məhrum edildiyi bildirilir.

Məlumata görə, o, ötən ilin iyulunda Moskvada keçirilən turnirdə rusiyalı idmançını məğlub edib. Bundan sonra Rzayev digər idmançı Artur Kulinski ilə mübahisə edərək onu “rus donuzu” adlandırıb.

Daha sonra o, Kulinskidən üzr istəyib və bununla rus xalqını təhqir etmək istəmədiyini də bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.