Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.18.2025 | 13:18 | Baxılıb: 5983
Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətində olan Azərbaycan vətəndaşı qəfil vəfat edib.

“love.az” Sumqayit24.az-a istinadən xəbər verir ki, 55 yaşlı zəvvar Afət Əliyeva avtobusdan düşən kimi huşunu itirib, qıcolma keçirib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Sumqayıt şəhər 28 nömrəli məktəbin riyaziyyat müəllimi olan A.Əliyeva digər zəvvarların müşayiəti ilə Mədinədə Bəqi qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sözügedən qəbiristanlıqda Məhəmməd peyğəmbərin ailə üzvləri və xəlifələr də dəfn olunublar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.