Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto
 
						Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi 
							 - Foto
Əlavə olunub: 03.28.2024 | 16:16 | Baxılıb: 4703
Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. 

“love.az” xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. 

Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb.

Belə ki, uşaq bacısının plastik dırnağı ilə oynayarkən ehtiyatsızlıqdan onu ağzına salıb və dırnaq körpənin nəfəs borusuna ilişib.

Vəziyyətinin ağır olması və yüksək ölüm riski nəzərə alınaraq, təcili bronxoskopiya aparılmasına qərar verilb. Dırnaq körpənin nəfəs borusundan çıxarılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.