Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Bakı Moskvanı beynəlxalq məhkəməyə versə, rəsmi hökmləri gözləyəcəyik”
 
						“Bakı Moskvanı beynəlxalq məhkəməyə versə, rəsmi hökmləri gözləyəcəyik”
Əlavə olunub: 07.21.2025 | 15:15 | Baxılıb: 4559
“Faktla bağlı istintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək”.

“love.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bildirib ki, Azərbaycan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək və Rusiya tərəfi artıq bununla bağlı məlumatlandırılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.