Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur
 
						Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur
Əlavə olunub: 07.18.2025 | 13:43 | Baxılıb: 5373
İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

“love.az” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.