Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda bu 2 marşrutun hərəkət sxemi dəyişdirilir
 
						Bakıda bu 2 marşrutun hərəkət sxemi dəyişdirilir
Əlavə olunub: 07.23.2025 | 16:46 | Baxılıb: 3260
Bakıda iki müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.

“love.az” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, iyulun 24-25-də 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Şonqar qəsəbəsi - Dəmir yolu keçidi və Dəmir yolu keçidi - “Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isə Güzdək qəsəbəsi - Dəmir yolu keçidi və Dəmir yolu keçidi - Lökbatan qəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.