Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar
 
						Bakıda quldurluq və oğurluq edən şəxslər saxlanılıblar
Əlavə olunub: 07.18.2025 | 19:15 | Baxılıb: 1499
Nəsimi rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. 

DİN-in mətbuat xidmətindən “love.az”ya bildirilib ki, bir qrup naməlum şəxs 24 yaşlı kişiyə fiziki zor tətbiq edərək mobil telefonunu talayıb. 

Əməli törətməkdə şübhəli bilinən 22 yaşlı M.Novruzlu və 40 yaşlı V.Hacıyev saxlanılıblar.

Həmçinin rayon ərazisində yerləşən bir gözəllik salonundan və bir marketdən oğurluqlar edilib, nəticədə zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurulub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Bədəlov və 44 yaşlı E.Bilalov saxlanılıblar. 

Bundan başqa bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı M.Hüseynov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.