
“love.az” xəbər verir ki, hadisə avtovağzal ərazisində baş verib.
Belə ki, Ovçubərə kənd sakini 1980-ci il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə onun həmkəndlisi Novruz Müstəcəb oğlu İmanov şübhəli bilinir.
İlkin məlumata görə, hadisəyə səbəb həmkəndlilər arasında davam edən ədavət olub.
Bildirilir ki, R.Mikayılov Bakıdan bir neçə gün öncə kəndə gedibmiş.
***
Cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı Novruz İmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Surxay Şahbazov