Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bakıya özü ilə külli miqdarda brilyant gətirdi - Foto
 
						Bakıya özü ilə külli miqdarda brilyant gətirdi 
							 - Foto
Əlavə olunub: 07.18.2025 | 14:17 | Baxılıb: 3393
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

 “love.az” xəbər verir, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilərlə müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111.95 karat brilyant qaşlar aşkarlanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.