Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.01.2025 | 12:42 | Baxılıb: 6073
Respublika Narkoloji Mərkəzinin rüşvət ittihamı ilə mühakimə olunan baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin məhkəmə istintaqı tamamlanıb.

“love.az"in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ittiham tərəfi yekun çıxış edib.

Prokuror müttəhimlərin ikisinin də külli miqdarda rüşvət almaqda təqsirli bilinmələrini, hərəsinin 10 il həbslə cəzalandırılmalarını tələb edib.

Hakim müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Narkoloji Mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində Mərkəzin baş direktoru və müavini həbs edilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.