“love.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər Finlandiyanın ATƏT-ə sədrliyi dövründə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
C.Bayramov həmçinin həmkarına regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti barədə məlumat verib.