Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 20:20 | Baxılıb: 1771
Almaniyanın Berlin şəhərində vyetnamlı tələbələrin kütləvi şəkildə yoxa çıxması qeydə alınıb.

“love.az” xəbər verir ki, bu haqda “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, Veissensee bölgəsindəki Brillat-Savarin Hotel İdarəetmə Məktəbində təxminən 200-dən çox vyetnamlı tələbə yoxa çıxıb. Müəllimlər qeyd edirlər ki, gənc vyetnamlıların çoxu dil biliyi sertifikatına malikdir, lakin alman dilini az bilir və ya heç bilmir.

Nəşrin məlumatına görə, itkin düşən tələbələrdən bəziləri qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olublar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.