Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.18.2025 | 12:53 | Baxılıb: 795
Beyləqanda yeni doğulan körpə ölüb.

“love.az” xəbər verir ki, sentyabrın 16-da rayonun 2-ci Şahsevən kənd sakini B.İbadullayev hüquq-mühafizə orqanlarına müraciət edərək sentyabrın 14-də yenidoğulmuş nəvəsinin rayon mərkəzi xəstəxanasında öldüyünü bildirib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 14-ü, saat 06:00 radələrində 2000-ci il təvəllüdlü hamilə qadın dölün bətndaxili ölümü, inkişaf qüsuru diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Hamiləliyinin 38-ci həftəsində olan pasiyent əməliyyata alınaraq, boyu 50 sm., çəkisi 3000 qram olan (qadın cinsli) ölü döl bətndən xaric edilib.

Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib. Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.