
Bu haqda “love.az”ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.