Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Beyonsun yayımlanmamış mahnıları oğurlandı
 
						Beyonsun yayımlanmamış mahnıları oğurlandı
Əlavə olunub: 07.16.2025 | 01:10 | Baxılıb: 978
Amerikalı məşhur müğənni Beyonsun musiqilərinin yazılarını ehtiva edən sərt disklər oğurlanıb.

“love.az” xəbər verir ki, bu barədə Atlanta Polis Departamentinə istinadən “ABC News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, naməlum şəxs müğənninin xoreoqrafına məxsus avtomobilə girib. Oğru Beyonsun məxfi materialları, o cümlədən yayımlanmamış mahnıları və gələcək çıxışları üçün planları olan iki çamadanı oğurlayıb.

Polis oğrunun şəxsiyyətini müəyyən etməyə müvəffəq olsa da, onu saxlaya bilməyiblər.

Qeyd edək ki, Beyons hazırda qastrol səfərindədir. Hadisənin baş verdiyi Atlanta konserti iyulun 14-də baş tutub. Müğənni oradan növbəti çıxışı üçün Las-Veqasa yollanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.