“love.az” xəbər verir ki, bu haqda Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Balakən şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Şindiyev Seymur Abdulməcid oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D76 mm-lik ortatəzyiqli qaz xəttinin və D108 mm-lik ortatəzyiqli yerüstü qaz xəttinin dəyişdirilməsi məqsədilə sabah saat 11:00-dan işlər yekunlaşanadək Yeni Yaşayış massivin bir hissəndə 344 abonentin qaz təchizatı dayandırılacaq.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.