Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.19.2025 | 12:36 | Baxılıb: 2224
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan bir sıra müəssisələr Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

“love.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Azərbaycan Təcrübəvi Dəniz Balıqartırma Zavodu, Çaykənd Qızılbalıqartırma Zavodu, Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı, Tovuz Balıqartırma Təsərrüfatı və “Xıllı balıq” Məhdud Məsuliyyətli Cəmiyyəti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.