
“love.az” xəbər verir ki, sənətçi bir buraxılışa görə 50-60 min rubl, (1300 AZN-ə yaxın) bəzən isə 100 min rubla qədər (2000 AZN) qonorar aldığını deyib.
“Bu məbləğləri böyük hesab etmək olmaz. O vaxtlar 50-60, bəzən 100 min rubl alırdım, bu da qəpik-quruş idi”, – deyə o jurnalist Ksenya Sobçakla söhbətində etiraf edib.
“Ulduz fabriki” layihəsinin finalçısı həmçinin Andrey Malaxova minnətdarlığını bildirib:
“O, mənə ikinci dəfə səhnəyə qayıtmaq imkanı verdi. Mən bu gün də onunla və verilişin yaradıcı heyəti ilə yaxşı münasibətlər saxlayıram. Televiziya proqramlarında iştirakımın məqsədi qalmaqal yaratmaq yox, reytinq artırmaq olub”.