Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.14.2025 | 11:18 | Baxılıb: 1582
Böyük Britaniya Azərbaycan və Ermənistana silah tədarükü ilə bağlı embarqonu tamamilə ləğv edir.

“love.az” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautinin Britaniya parlamentinin saytında dərc olunan yazılı bəyanatında deyilir. 

Bəyanata əsasən, sülhün irəlilədilməsi və bu ilin avqustunda Vaşinqtonda keçirilən sammitin tarixi nəticələrini nəzərə alaraq, Böyük Britaniya hesab edir ki, ATƏT-in 1992-ci ildə tərəflərə silah və sursat tədarükünün dayandırılması ilə bağlı tövsiyə etdiyi embarqo artıq öz aktuallığını itirib: 

“Buna görə də, Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edəcək. Bu qərar Böyük Britaniyaya təhlükəsizlik və müdafiə sahəsində həm Ermənistan, həm Azərbaycanla tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə imkan verəcək”.

Bununla belə, qeyd olunub ki, hər iki ölkə üçün ixrac və ticarət lisenziyalarının əldə edilməsi üzrə müraciətlər əvvəlki tək Böyük Britaniyanın strateji ixrac lisenziyaları ilə bağlı ciddi kriteriyaları nəzərə alınmaqla fərdi qaydada nəzərdən keçiriləcək:

“Həm Azərbaycan, həm də Ermənistanda regional və daxili təhlükəsizlik ilə bağlı vəziyyəti diqqətlə izləyəcəyik”.

Günel İbrahimova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.