Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 09:03 | Baxılıb: 529
Ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması, su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, İdarənin Lənkəran Xətt Polis Şöbəsinin keçirdiyi növbəti tədbir zamanı Lənkəran rayonu Xəzər dənizinin su ərazisində qanunsuz balıq ovu ilə məşğul olan A.Salayev və Ə.İslamov saxlanılıblar.

Baxış zamanı həmin şəxslərdən 183 ədəd müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.