
“love.az” xəbər verir ki, “TMZ” portalının paylaşdığı şəkillərdə demensiyadan əziyyət çəkən 70 yaşlı aktyorun gülümsədiyi əks olunub.
Portal Hollivud ulduzunun əla göründüyünü yazıb.
Qeyd edək ki, məşhur aktyora 2023-cü ildə demensiya diaqnozu qoyulub. Bu xəstəlik özünü emosional və sosial bacarıqların itirilməsi ilə büruzə verir. Ağır formalarında isə xəstələr ən doğma insanlarını belə tanımamağa başlayır.
