Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu dəfə onlayn görüşəcəklər
 
						Bu dəfə onlayn görüşəcəklər
Əlavə olunub: 08.13.2025 | 06:33 | Baxılıb: 1609
ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens avqustun 13-də Ukrayna lideri Volodimir Zelenski və Aİ liderləri ilə distant formada danışıqlar aparacaq.

“love.az” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, görüş iki mərhələdə keçiriləcək. Əvvəlcə Aİ Zelenski ilə danışıqlar aparacaq, sonra Amerika nümayəndə heyəti qatılacaq.

Daha sonra Zelenski tərəfdaş ölkələrlə ayrıca görüş keçirəcək.

Xatırladaq ki, Trampın Avropa ölkələrinin liderləri və Zelenski ilə telefon danışığı aparmaq niyyətində olduğu bildirilirdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.