Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 11:23 | Baxılıb: 2231
“Ermənistan və Türkiyə arasında müsbət dialoq tərəflərin yaxın zamanlarda sərhədləri aça biləcəyinə ümid verir”.

“love.az” “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisidə V İpək Yolu Beynəlxalq Forumundan çıxışı zamanı deyib.

“Biz nəinki siyasi, həm də texniki cəhətdən elə bu gündən Türkiyədən Azərbaycana, eləcə də Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən yük avtomobillərinin tranzitini təmin etməyə hazırıq. Ermənistanın həm yolları, həm də sərhədyanı infrastrukturu Marqara-Yexeqnadzor-Sisian-Gorus marşrutu üzrə buna hazırdır”, - Paşinyan bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.