Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu işlərdə yeni koordinat sistemi tətbiq ediləcək - Sərəncam
 
						Bu işlərdə yeni koordinat sistemi tətbiq ediləcək 
							 - Sərəncam
Əlavə olunub: 07.19.2025 | 11:38 | Baxılıb: 3020
Azərbaycan ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək.

“love.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq ediləcək.

Həmçinin digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılan və tamamlanmayan layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.