Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.26.2025 | 19:33 | Baxılıb: 10141
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Zelenski ilə danışdıqdan sonra sərt açıqlama verib.

“love.az” xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

ABŞ və Ukrayna liderlərinin Roma Papası Fransiskin dəfn mərasimində görüşündən sonra Ağ Evin rəhbəri Rusiyanın münaqişəyə son qoymaq istəyinə şübhə ilə yanaşıb.

“Bu, məni düşünməyə vadar edir ki, bəlkə o, müharibəni dayandırmaq istəmir. Bəlkə başqa cür etməliyəm, bank və ya ikinci dərəcəli sanksiyalar vasitəsilə hərəkət edim? Çox insan ölür”, - ABŞ lideri qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.