Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.24.2025 | 02:13 | Baxılıb: 7042
İranın Qətərdəki “Əl-Udeyd” aviabazasına endirdiyi zərbələrdən sonra Birləşmiş Ərəb Əmirlikləri hava məkanını bağlayıb.

“love.az” xəbər verir ki, bu haqda “Flightradar” beynəlxalq təyyarə izləmə xidməti bildirib.

“Uçuş marşrutu məlumatlarına və hava hərəkətinin idarə edilməsi ilə radio rabitəsinin audio yazılarına əsasən, BƏƏ-nin hava məkanı hazırda bağlıdır”, - xidmətin “X” səhifəsində qeyd olunub.

***

Küveyt də hava məkanını bağladığını açıqlayıb.

***

Misirin “EgyptAir” dövlət aviaşirkəti regionda baş verən hadisələr fonunda Fars körfəzi ölkələrinə bütün reysləri ləğv etmək qərarına gəlib. 

***

Bəhreyn, BƏƏ, Küveyt və Qətər hava məkanlarını açıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.