Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.20.2025 | 11:09 | Baxılıb: 2924
İsrail Qəzza zolağında əsir götürülmüş şəxslərin azad edilməsi barədə razılaşmanı rədd edən Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi təzyiqi artırmağı planlaşdırır.

“love.az” TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına ünvanladığı çıxışında bildirib.

“İsrail Müdafiə Ordusuna sərt tədbirlər görməyi və HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım”, - deyə Netanyahu vurğulayıb.

O, həmçinin İsrailin HƏMAS-ın Qəzza zolağında hakimiyyətdə qalmasına icazə verməyəcəyini əlavə edib.

“Qəzzada HƏMAS-ı məhv edənə, bütün girovlarımızı qaytarana və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmayacağına əmin olana qədər müharibəni bitirməyəcəyik”, - Baş nazir bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.