Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
 
						Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Əlavə olunub: 05.02.2024 | 13:23 | Baxılıb: 2341
3 may saat 00:00-dan səhər saat 06:00-dək Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də (Buzovna qəsəbəsi ərazisində "Rahat" marketin qarşısı) yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“love.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

“Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur”, - məlumatda qeyd olunur. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.