Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Bütün biletlər satıldı
 
						Bütün biletlər satıldı
Əlavə olunub: 07.20.2025 | 14:00 | Baxılıb: 2858
 UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) - “Qarabağ” matçı üçün bütün biletlər satılıb.

“love.az” xəbər verir ki, bu haqda İrlandiya klubunun yaydığı açıqlamada bildirilib.

“Tolka Park”da keçiriləcək UEFA Çempionlar Liqasının ikinci mərhələsində “Qarabağ” FK ilə qarşılaşmaya bilet qalmayıb. “Tolka Park”da bizi möhtəşəm bir Avropa gecəsi gözləyir” - deyə məlumatda qeyd olunub. Biletlər bir gün ərzində satılıb.

Qeyd edək ki, paytaxt Dublində yerləşən “Tolka Park” arenasının 6 minə yaxın tamaşaçı tutumu var. “Şelbrun” - “Qarabağ” oyunu iyulun 23-də keçiriləcək. Bu komandaların cavab görüşü isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.