“love.az” xəbər verir ki, onun sözlərini “X” sosial şəbəkəsində Argentina millisinin mətbuat xidməti yayıb.
“Bütün bunların bitməsini istəmirəm, amma başa düşürəm ki, bu an yaxınlaşır”, - deyə 38 yaşlı futbolçu bildirib.
Xatırladaq ki, ulduz futbolçu sentyabrın 5-də Argentina millisinin heyətində son ev oyununa çıxıb. O, DÇ-2026-nın seçmə mərhələsinin 17-ci turunda Venesuela ilə matçda iştirak edib. Matçda 3 qoldan 2-ni Messi vurub. Azarkeşlər onun şərəfinə “Hər şey üçün çox sağ ol, mənim kapitanım” pankartını açıblar. Messi isə göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin üzvüdür. Onun DÇ-2026-dan sonra milli karyerasını başa vuracağı gözlənilir.